Azərbaycan Premyer Liqasının formatı dəyişdirilib
16.03.2009 - 12:25
Azərbaycan Premyer Liqasının formatı dəyişdirilib
Azərbaycan Premyer Liqasının formatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, birinci diviziondan heç bir komanda növbəti mövsümdə Premyer Liqada çıxış etməyəcək.

Bu qərar AFFA-nın bu gün keçirilən konfransında qəbul olunub. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev toplantıda deyib ki, birinci divizion təmsilçiləri onlara maliyyə imkanlarına görə Premyer Liqada oynaya bilməyəcəkləri haqda məlumat veriblər. Belə olan halda, formatın dəyişdirilməsi gündəmə gəlib və səsvermə nəticəsində qəbul olunub.
Beləliklə, cari mövsümün yekununa əsasən, Premyer Liqada ilk 12 yeri tutan komanda növbəti mövsümdə də iştirak edəcək. 13 və 14-cü yeri tutanlar avtomatik birinci diviziona düşəcək. Əvvəlki formata görə, 12-ci yer də avtomatik aşağı düşənlərin sırasında olacaqdı. 11-ci yeri tutan isə birinci divizionda 2-ci yeri tutanla pley-off oyunlarında iştirak etməli idi. Birinci divizionun qalibi isə Premyer Liqada yerini təmin etmiş olurdu.

Qeyd edək ki, növbəti mövsüm yüksək liqada mübarizə iki mərhələ, dörd dövrədən ibarət olacaq. Avqustda başlayacaq çempionat martda yekunlaşacaq. Bundan sonra 1-6-cı və 7-12-ci yerləri tutanlar arasında ayrılıqda yarış olacaq. Bu zaman ilk mərhələdə toplanan xalla qüvvədə qalacaq və çempionat ümumilikdə 32 turdan ibarət olacaq.
0