Qasımovun Türkiyə modeli
16.03.2009 - 12:39
Qasımovun Türkiyə modeli
Türkiyə Superliqasının növbəti turunda kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Əskişəhərspor” klubunun futbolçusu Əmrə Toraman bir matçda iki avtoqola imza atmaqla, tarixə düşüb. Belə ki, müdafiəçi 24-cü turun “Bursaspor”la qarşılaşmasının 15 və 37-ci dəqiqəsində topu öz qapısına göndərib. Toramanın bu iki qolu qonaqların 2:1 hesablı qələbəsində həlledici rol oynayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında da bir matça iki avtoqol edən futbolçu olub. 2005/06 mövsümünün MOİK – “Karvan” görüşündə meydan sahiblərinin futbolçusu Natiq Qasımov (indi Əkbərov soyadı ilə çıxış edir) öz qapısına iki qol vurmuşdu.
0