Premyer Liqanın yayım hüququ PFL-ə verildi
16.03.2009 - 13:48
Premyer Liqanın yayım hüququ PFL-ə verildi
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. Adları aşağıda göstərilmiş şəxslər AFFA-dan təqaüd alan veteran futbolçuların siyahısına əlavə olunsun:
- Batrayev Rafiq Raxtanoviç
- Kasyanov Ravil İbrahimoviç
- Hüseynov Fərhad Səlahəddin oğlu

2. Emil Cabbarovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunması təsdiqlənsin.

3. Müxtəlif yaş qruplarından ibarət yığma komandaların məşqçilərinin müqaviləsinin müddəti AFFA rəhbərliyi ilə razılaşdırılaraq uzadılsın.

4. AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilə davam etdirilsin.

5. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının teleyayım hüququ Peşəkar Futbol Liqasına verilsin.
0