İlqar Qurbanovu hədələdilər - FOTO
16.03.2009 - 14:11
İlqar Qurbanovu hədələdilər - FOTO
Azərbaycan yığmasının futbolçusu İlqar Qurbanovun taleyinə İdarə Heyətində aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının birinci dəstəsində keçirilən “Boluspor” – “Kasımpaşa” matçının 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyan 23 yaşlı yarımmüdafiəçini ağır cəza gözləyir.

Belə ki, klubun baş məşqçisi Sərhat Güllər rəhbərliyə müraciətində İlqarın məsuliyyətsizlik edərək komandanı vacib oyunda belə vəziyyətə qoymasından şikayət edib. Mütəxəssis görüşdən sonra soyunub-geyinmə otağına girərək, Qurbanovu hədələyib: “Belə mənasız vərəqə görmüsənmi? Bundan sonra heç kimin göz yaşına baxmayacağam. Yersiz vərəqə alanı da bağışlamaram”.

Güllər, həmçinin bildirib ki, uğurlara görə futbolçulara mükafat verildiyi kimi, intizamsızlığa görə də cəzanın tətbiq olması da normal haldır.

Qeyd edək ki, həmyerlimizin qırmızı vərəqə aldığı matçda komandası evdə qolsuz heç-heçə edərək, vacib iki xal itirib.
0