Arşavin Azərbaycana qarşı oynamayacaq?
16.03.2009 - 14:15
Arşavin Azərbaycana qarşı oynamayacaq?
Rusiya yığmasının lideri Andrey Arşavin Azərbaycanla oyuna qədər sağalmaq istəyir. Apasport.az saytının məlumatına görə, Londonun “Arsenal” klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son turunda ciddi zədələnib.

“Blekbern”lə öz meydanındakı görüşdə (4:0) “Arsenal”da qol hesabını açan Arşavini bu olay nə qədər sevindiribsə, xəsarət almasına bir o qədər üzüb: “Aldığım zədə nəticəsində ayağımı yerə basa bilmirəm. Nəinki pəncəmdəki dəri cırılıb, həm də əzələ toxumama xətər yetirilib. Sanki bıçaqla ayağımı deşiblər. Bu, dərin olmasa da, kifayət qədər ağrılıdır. Oyunun fasiləsində həkim ayağıma dörd tikiş qoysa da, görünür, bununla iş bitməyəcək. Rəqib futbolçu şiplərlə ayağımı elə bərk tapdaladı ki, nəticədə buts cırıldı və necə deyərlər, ətimə qədər məni yaraladı. Ancaq bu, oyun epizodu olduğu üçün rəqibə qarşı heç bir iradım yoxdur. Tezliklə sağalmaq istəyirəm. Üstəlik, yığmamızın qarşıdakı oyununa qədər sıraya dönməliyəm”.

Qeyd edək ki, Rusiya milli komandamızla martın 28-də evdə, aprelin 1-də səfərdə Lixtenşteynlə görüşəcək.
0