Məşhur basketbolçunun adı seks qalmaqalında - FOTO
16.03.2009 - 17:52
Məşhur basketbolçunun adı seks qalmaqalında - FOTO
Braziliyalı top-model Adriana Limanın həyat yoldaşı, ABŞ-ın “Memfis” klubunun basketbolçusu Marko Yariç çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı serb zorlamada ittiham olunur.

İddiaya əsasən, Marko “Filadelfiya 76” komandasına qarşı oyundan sonra filadelfiyalı bir qadına cinsi təcavüz edib. Adı açıqlanmayan həmin qadın polisə şikayət edib. Hüquq-mühafizə orqanları araşdırma aparsalar da, heç bir fakt tapa bilməyiblər.

Markonun vəkili isə hadisə barədə bunları deyib: “Bu il fevralın 11-də naməlum bir qadın bizə qarşı ittiham irəli sürdü. Ancaq bu, məşhur idmançıların tez-tez rastlaşdıqları haldır. Bu iddialara qəti düzgün deyil”.

Qeyd edək ki, Yariç ötən ayın 14-də, Sevgililər Günündə özündən də məşhur olan top-model Adriana Lima ilə ailə quraraq, diqqət mərkəzinə düşmüşdü.
0