Azərbaycanın iki yığmasının baş məşqçisi istefaya göndərildi
18.03.2009 - 13:10
Azərbaycanın iki yığmasının baş məşqçisi istefaya göndərildi
Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə milli komandalarının baş məşqçiləri istefaya göndərilib. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmisi Mətləb Abdullayev məlumat verib. Baş məşqçilərlə bağlı qərar AGF-nin İcraiyyə Komitəsinin iclasında çıxarılıb.

Qərara əsasən, ötən ay Fransada keçirilmiş Dünya Kubokunda zəif nəticə göstərmiş (8 komanda arasında 8-ci yer) yunan-Roma güləşi yığmamızın çalışdırıcısı Bəhram Mürvətov vəzifəsindən uzaqlaşdırılıb. Cəmi 4 bu vəzifəni daşıyan Mürvətov yenə əvvəlki kimi, milli komandada məşqçilik edəcək. Baş məşqçi səlahiyyətləri isə qeyri-müəyyən müddətədək AGF-nin vitse-prezidenti Elçin Cəfərova tapşırılıb. Həmçinin, Afina Olimpiadasının qalibi Fərid Mansurov yığmanın məşqçisi təyin edilib. Son aylarda bu vəzifəni yerinə İlqar Abdulov isə gənclər yığmasında məşqçi işləyəcək.

İcraiyyə Komitəsi qadın güləşi yığmamızla əlaqədar gözlənilməz qərar verib. Belə ki, işinin öhdəsindən uğurla gələn Nazim Əlicanov istefaya göndərilərək, yeniyetmə və gənc qızlardan ibarət milli komandanın baş məşqçisinə çevrilib. Qadın yığmasında yeni baş məşqçinin də adı məlumdur. Bu, Pekin Olimpiadasının bürünc medalçısı, ukraynalı legioner Mariya Stadnikin şəxsi məşqçisi Orest Skobelskidir. Ona yığmada məşqçi Qurban Qurbanov yardım edəcək. Bu dəyişiklik milli komandada işi tənzimləmək və təkmilləşdirmək, daha da səmərəliləşdirmək məqsədi ilə həyata keçirilib.
0