Sevgilisinin xahişi ilə soyunan futbolçu kimdir?
18.03.2009 - 16:26
Sevgilisinin xahişi ilə soyunan futbolçu kimdir?
Amerikalı futbolçu Reci Buş sevgilisi ilə birgə yeni fotosessiyaya çəkilib. Apasport.az saytının məlumatına görə, Milli Futbol Liqasında oynayan “Nyu Orlean” klubunun üzvü Hollivud səhnəsində böyük uğurlar qazanan Kim Kardaşianın sözündən çıxa bilməyib.

Belə ki, dəfələrlə müxtəlif jurnalların üz qabığını bəzəmiş 29 yaşlı seks-simvol Reci ilə birlikdə poza vermələrini xahiş edib. Gözəlçənin sözlərinə görə, onun sözündən çıxa keçə bilməyən futbolçu da çəkilişlərdən sonra məmnun qalıb: “Əvvəl birgə çəkilməyimiz hər ikimizdə əsəb gərginliyi yaratmışdı. Amma sonra hər şey qaydasına düşdü. Axı bu şəkillər bizim ilk görüşümüzü, birgə həyatımızı əks etdirir. Reci də hər şeyin super olduğunu etiraf etdi”.
0