Məşhur modeldən “Xəzər-Lənkəran”ın futbolçusuna xəbərdarlıq!
19.03.2009 - 17:26
Məşhur modeldən “Xəzər-Lənkəran”ın futbolçusuna xəbərdarlıq!
“Xəzər-Lənkəran” klubunun futbolçusu Əhməd Dursunun internetdə qızla tanış olmaq istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “facebook” vasitəsilə Yelda Başaranın sevgisini qazanmaq istəyən 32 yaşlı hücumçu sərt cavab alıb. Türkiyədə yetərincə məşhur model olan gözəlçə Əhmədi heç yaxına buraxmayıb: “Futbolçular sevgili dalınca qaçmaqdansa, top dalınca qaçsınlar”.

Futbolçulara ağıl öyrədən gözəlçənin belə danışığı pərəstişkarlarının sayını artırıb. Əhmədin davamçılarının artması isə Yeldanı bezdirib: “Futbolçuların mənimlə tanış olmaq istəyi səbəbini anlamadığım bir şəkil almışdı. Onların əlindən bezmişdim. Mənimlə tanış olmaq istəyənlərin bəzilərinin Türkiyə milli komandasında oynadığını da öyrəndim. Amma adlarını açıqlamaq istəmirəm”.
0