Dünya çempionu Mahaçqalada güllələndi
28.03.2009 - 14:06
Dünya çempionu Mahaçqalada güllələndi
Tam kontaktlı əlbəyaxa döyüş üzrə Avrasiya çempionu, hərbçilər arasında sambo üzrə dünya çempionu Müslüm Uçakayev martın 27-də Mahaçqalada güllələnib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu barədə şəhər Daxili İşlər İdarəsindən (Dİİ) xəbər verilib.

“Cinayət hadisəsi martın 27-də saat 17:50 radələrində Mahaçqalanın Primorsk rayonunda baş verib. Uçakayev məşqdən çıxıb öz maşınına əyləşmək istəyirmiş. Bu anda ona yaxınlıqdan keçən avtomobildən atəş açılıb. İdmançı yerindəcə həlak olub”, - deyə, Dİİ mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Hazırda cinayətkarın axtarışı aparılır.
0