Samir Məmmədov 1/4 finalda
29.03.2009 - 15:48
Samir Məmmədov 1/4 finalda
Bakı İdman Sarayında boks üzrə “Böyük İpək yolu” beynəlxalq turniri start götürüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycanla bərabər, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan, Bolqarıstan və digər ölkələrin təmsilçiləri qatılıblar.

Turnirdə ölkəmizin şərəfini 13 boksçu - Samir Məmmədov, Rəhim Nəcəfov (hər ikisi 54 kq), Ruslan Qasımov, Sadiq Eynullayev, Ramal Amanov (hamısı 64 kq), Emil Məhərrəmov, Aslan Bayramov (hər ikisi 69 kq), Tofiq Əhmədov, Rahib Bəylərov (hər ikisi 75 kq), Hafiq İsgəndərov (81 kq), Elçin Əlizadə (91 kq), Cavid Tağıyev, Elçin Əhmədov (hər ikisi +91 kq) qoruyurlar.

İlk gündə İsmət Eynullayev və Toğrul Məmmədov məğlub olduqlarından, mübarizəni dayandırıblar. Samir Məmmədovla Sadiq Eynullayev isə qələbə qazanaraq, 1/4 finala yüksəliblər. Hər iki boksçumuz növbəti mərhələdə rusiyalı idmançılarla qüvvəsini sınayacaq.

Bu gün döyüşlər davam etdiriləcək.
0