Qadın güləşçilərimizin də rəqibləri müəyyənləşdi
01.04.2009 - 19:59
Qadın güləşçilərimizin də rəqibləri müəyyənləşdi
Litvanın paytaxtı Vilnüsdə davam edən Avropa çempionatında sabah mübarizəyə qadın güləşçilər qoşulacaqlar. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, əvvəlcə 7 mümkün çəkidən 3-də yer alan pəhləvanlarımız xalça üzərinə çıxacaqlar.

Azərbaycan güləşçiləri bu çəkilərdən ikisində qüvvələrini sınayacaqlar. 59 kq çəkidəki təmsilçimiz Sona Əhmədli ilk görüşündə Anastasiya Qriqoryevanı (Latviya) sınağa çəkəcək. Qələbə təqdirində, Əhmədli 1/8 finala vəsiqə qazanacaq. Zümrüd Qurbanhacıyeva (67 kq) isə ilk görüşünü 1/8 finalda Mariya Selmayerlə (Almaniya) keçirəcək.

Qeyd edək ki, 51 kq və 54 kq çəki dərəcələrində ölkəmiz təmsil olunmayacaq. Qadın güləşçilərin mübarizəsinə aprelin 3-də yekun vurulacaq. Həmin gün Mariya Stadnik (48 kq), Olesya Zamula (63 kq) və Dina İvanova (72 kq) xalça üzərinə çıxacaqlar. Onların rəqibləri sabah müəyyənləşəcək.
0