“Olimpik”lə “Bakı” arasında hər iki oyunun yenidən keçirilməsi mümkün deyil!”
10.04.2009 - 13:37
“Olimpik”lə “Bakı” arasında hər iki oyunun yenidən keçirilməsi mümkün deyil!”
“Olimpik” və “Bakı” arasında hər iki oyunun yenidən keçirilməsi mümkün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

“Olimpik” klubunun “Bakı” ilə qalmaqallı matçın yenidən keçirilməsi ilə bağlı irəli sürdüyü şərtlərdən xəbərsiz olan qurum rəhbəri onlarla tanışlıqdan sonra müddəalardan biri ilə razılaşmadığını bildirib: “Olimpik” oyunun təkrar keçirilməsi üçün bu gün açıqladığı şərtlərlə bağlı PFL-ə müraciət etməyib. Onların irəli sürdüyü şərtlərdən birincisini başa düşə bilmirəm. Necə ola bilər ki, birinci dövrədəki oyun yenidən keçirilsin? Son qarşılaşmada yazılmayan qaydalar pozulduğundan yalnız həmin görüşü yenidən təşkil etmək mümkündür. Digər üç şərt isə problem deyil”.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında klubun rəsmi mövqeyini açıqlayan “Olimpik” matçın təkrar baş tutması üçün 4 şərt qoyub:
0