“Kür”də təlim-məşq toplanışı başladı
10.04.2009 - 14:36
“Kür”də təlim-məşq toplanışı başladı
Azərbaycanın akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə əsas və gənclərdən ibarət milli komandası Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində növbəti təlim-məşq toplantısına başlayıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, əsas millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında 6 kayak və kanoeçimiz - Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko, Ramin Məmmədov, Fikrət Zeynalov və Elmar Məmmədov hazırlıq keçirlər. Baş məşqçi Vasili Kovbanovski və onun köməkçisi İsgəndər Cəfərovun sərəncamında isə Rüfət Vəlizadə, Mirnazim Cavadov, Elvin Cəfərov, Emin Cəfərov, Qulam Səlimov, Namiq Zöhrabov, Vahid Həsənov, Amil Hüseynov, Xaqani Alməmmədli və Tamerlan Mustafayevdir.

Akademik avarməkənlərimizə gəldikdə, yığmamızın 6 aparıcı üzvü - Toğrul Qurbanzadə, Cavid Əfəndiyev, Mirzağa Eyvazov, Aleksandr Jdanov, Turqay Məmmədov və Kamran Yusubov məşqçilər Samir Məmmədovla Aleksandr Barabanovun rəhbərliyi altında Rusiyanın Rostov şəhərində keçiriləcək “Don reqatası”na yollanıblar. Bu səbəbdən, Mingəçevirə cəmi 3 akademik avarçəkənimiz – Timur Kutseba, Aleksandr Qlotov və Kamal Məmmədov yollanıb.

Toplanış aprelin 26-dək davam edəcək.
0