“Nefçi” “Xəzər-Lənkəran”a ağır zərbə vurub, nüfuzunu qorudu
12.04.2009 - 20:00
“Nefçi” “Xəzər-Lənkəran”a ağır zərbə vurub, nüfuzunu qorudu
Bu gün keçirilən 4 görüşlə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionda baş tutan turun mərkəzi görüşündə “Neftçi” “Xəzər-Lənkəran”la qarşılaşıb. Prinsipial matçdan qalib ayrılan paytaxt təmsilçisi nüfuzunu qorumaqla yanaşı, rəqibinə çempionluq yolunda ağır zərbə vurub. Artıq ölkə kubokunda mübarizəni dayandırmış lənkəranlılar dördüncü pilləyə yenib və indi lider “İnter”dən 9 xal geri qalır.

“Xəzər-Lənkəran”dan fərqli, turnir cədvəlinin ön pillələrində qərarlaşan komandalar turu qələbə ilə başa vurub. “İnter” MOİK-i, “Bakı” isə “Standard”ı üstələməklə mövqelərini qoruyublarsa, “Simurq” “Bakılı”nı darmadağın etməklə, 3-cü yerə yüksəlib.

Turun gözlənilməz hesabı isə Tovuzda qeydə alınıb. Yerli “Turan” maliyyə girdabında boğulan “Karvan”ı böyük hesabla məğlub edib.


11 aprel

16:00. “Muğan” - “Qarabağ” - 1:2

Baş hakim: Vüsal Əliyev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Qollar: Sənan Qurbanov, 49 - Rauf Əliyev, 76; Artim Şakiri, 87

18:00. “Standard” - “Bakı” - 1:2
Baş hakim: Fariz Yusifov
Bakı. “Şəfa” stadionu
Qollar: Rodriqo Silva, 75 (penaltidən) - Georgi Adamiya, 18; Faibo Luis Ramim (38-penaltidən)

19:00. “Simurq” - “Bakılı” - 3:0
Baş hakim: Hacıəli Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Qollar: Vladimir Mazyar, 25; 53; Tural Cəlilov, 49


12 aprel

16:00. MOİK - “İnter” - 0:3

Baş hakim: Ramil Diniyev
Bakı. “Şəfa” stadionu
Qollar: Valter, 36; 74; 89

16:00. “Turan” - “Karvan” - 4:0
Baş hakim: Elçin Məmmədov
Tovuz. Şəhər stadionu
Qollar: Muarem, 25; İbekoyi, 30; 40; 73.

16:00. “Qəbələ” - “Olimpik” - 1:1
Baş hakim: Rövşən Əhmədov
Qəbələ. Şəhər stadionu
Qollar:Hatəmi, 59 – Qomeş, 86

19:00. “Neftçi” - “Xəzər-Lənkəran” - 2:1
Baş hakim: Anar Salmanov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
QOL: Zaur Tağızadə, 10; Əli Cansun 90+2 - Əhməd Dursun, 52

Turnir cədvəli

komandalar

O

Q

H

M

T

X

1

İnter

21

16

4

1

40-10

52

2

Bakı

21

16

2

3

46-10

50

3

Simurq

21

13

5

3

32-15

44

4

Xəzər-Lənkəran

21

13

4

4

40-15

43

5

Qarabağ

21

11

5

5

29-21

38

6

Olimpik

21

10

7

4

25-14

37

7

Standard

21

9

3

9

19-23

30

8

Neftçi

21

8

6

7

24-17

30

9

Qəbələ

21

7

6

8

24-16

27

10

Karvan

21

8

2

11

21-27

26

11

Muğan

21

3

2

16

16-42

11

12

Turan

21

2

5

14

14-39

11

13

Bakılı

21

2

3

16

13-53

9

14

MOİK

21

1

2

18

10-49

5



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 13, Valter Quqlemon (“İnter“) - 12
0