Aliment ödəməyən çempionu həbs etdilər
10.04.2009 - 16:18
Aliment ödəməyən çempionu həbs etdilər
Milli Basketbol Assosiasiyasında (MBA) çıxış etmiş Vernon Maksvell həbs olunub. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Florida Ştatında tutulan basketbolçu aliment ödəmirmiş. Bu səbəbdən həbsxanaya aparılan Maksvell həyatının bir hissəsini dəmir barmaqlar arxasında keçirəcək. Vernonun vəkili iddia edir ki, müştərisi aliment ödəmək imkanında deyil. Buna da səbəb Maksvellin artıq idmançı karyerasını başa vurmasıdır.

Qeyd edək ki, MBA-da 13 mövsüm keçirən Vernon iki dəfə (1994 və 1995-ci illərdə) “Hyuston” klubunun heyətində çempion olub.
0