Rəşad Sadıqov antiqəhrəman oldu
10.04.2009 - 23:00
Rəşad Sadıqov antiqəhrəman oldu
Bu gün Türkiyə Superliqasında XXVII tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rəşad Sadıqovun formasını geyindiyi “Kocaelispor” turun açılış matçında çempionluğa iddialı “Beşiktaş” klubunu qəbul edir.

Milli komandamızın müdafiəçisi meydana start heyətində çıxıb. Artıq görüşdə hesab da açılıb. İzmit təmsilçisi oyunun 2-ci dəqiqəsində Akeemin vurduğu qolla rəqibini məğlub edir - 1:0.

74-cü dəqiqədə Rəşad cərimə meydançasında əllə oynadığı üçün hakim “Kocaelispor”un qapısına penalti zərbəsi təyin edib. Zapotaçnı bundan yararlanaraq, “Beşiktaş”ın bərabərlik topunu vurur.

85-ci dəqiqədə Bobo “Beşiktaş”ı hesabda irəli çıxarır - 1:2.

Matçın əsas vaxtının başa çatmasına 2 dəqiqə qalmış istanbullular daha bir qol vurur. Bu dəfə Yusif fərqlənir – 1:3.
0