Dünyanın ən seksual futbolçusu evlənir - FOTO
13.04.2009 - 11:07
Dünyanın ən seksual futbolçusu evlənir - FOTO
Dünyanın ən seksual futbolçusu Hetze Mitts subaylığın daşını atmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Amerikanın qadınlardan ibarət milli komandasının şərəfini qoruyan 31 yaşlı müdafiəçi bu arzusunu gələn il gerçəkləşdirəcək.

Özü də Mittsin şəxsi həyatı enişli-yoxuşludur. Təkcə onun gələcək həyat yoldaşının adını çəkməklə, dediklərimizi sübut etmiş olarıq. O, Amerika futbolunun tanınmış üzvlərindən biri Adam Fiili ilə evlənəcək. İlk baxışdan bu izdivacda qeyri-adi heç nə yoxdur. Lakin nəzərə almaq lazımdır ki, Mitts Adamla 2002-07-ci illərdə yaxın münasibətdə olub. Sonradan ayrılan idmançılar bu yaxınlarda yenidən bir araya gəliblər. Və cütlük qəti qərara gəlib: 2010-cu il fevralın 13-də toy olacaq.

Ən təəccüblüsü isə budur ki, Adam Mittsdən ayrı olduğu dövrdə gələcək arvadının tennisçi Ceyms Bleyk, həmçinin beysbolçu Pat Burrellə eşq macərası yaşamasına göz yumub. İndi Fiili heç nə olmamış kimi, planetin ən cazibədar qadın futbolçusu ilə ailə qurmağa hazırdır.

Xatırladaq ki, Mitts 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiadalarının qızıl medalçısıdır. Nüfuzlu ESPN jurnalı onu “dünyanın ən seksual futbolçusu” hesab edib. Amerikalı gözəlçə vaxtilə bu jurnalda köşə yazarı kimi də fəaliyyət göstərib.
0