Azərbaycan yığması 5 vəsiqəyə 13 namizəd arasında
13.04.2009 - 13:02
Azərbaycan yığması 5 vəsiqəyə 13 namizəd arasında
Azərbaycan milli komandası dünya çempionatının seçmə oyunlarında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, çimərlik futbolu üzrə yığmamız İspaniyanın Kastelyon şəhərində keçirilən zona turnirinə qatılacaq.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərin də keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparacaq komandaların siyahısı dəqiqləşib. Final mərhələsinə 5 vəsiqə uğrunda yarışacaq komandalar sırasında yer alan millimizlə yanaşı, İspaniya, Portuqaliya, Rusiya, Hollandiya, Fransa, İtaliya, Andorra, Çexiya, Polşa, Rumıniya, İsveçrə və Macarıstan da turnirdə iştirak edəcəyini təsdiqləyib. Seçmə mərhələnin mayın sonlarında start götürməsi nəzərdə tutulub.
0