Ramin Musayevdən sensasion açıqlama
13.04.2009 - 17:12
Ramin Musayevdən sensasion açıqlama
Azərbaycanda hakimləri ələ almağa cəhd edən futbol klubları ilə bağlı təhqiqata başlanılacaq. Apasport.az saytının xəbərinə görə, bu haqda lent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, araşdırmalara mövsüm başa çatdıqdan sonra – iyunun əvvəllərindən etibarən start veriləcək. R.Musayev bildirib ki, hazırda bu istiqamətdə zəruri məlumatlar toplanılır.

PFL prezidentinin fikrincə, əsas problem hakimlərin onları ələ almağa çalışan klubların adlarını açıqlamaq istəməməsi ilə bağlıdır: “Klublar bizə müraciət edərək, bəzi hakimlərin onlardan nə isə istədiklərini bildiriblər. Amma indiyədək bir hakim də açıqlamayıb ki, mənə pul təklif edən var. Ona görə də klubları dərhal cəzalandırmaq üçün əlimizdə əsas yoxdur”.
0