Akademik avarçəkənlərimiz “Don reqatası”nda çıxış ediblər
14.04.2009 - 18:12
Akademik avarçəkənlərimiz “Don reqatası”nda çıxış ediblər
Rusiyanın Rostov şəhərində keçirilən akademik avarçəkmə üzrə ənənəvi “Don reqatası”na yekun vurulub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Rusiyanın 17 regionundan 230 idmançı ilə yanaşı, bizim təmsilçilərimiz də çıxış ediblər. Ümumilikdə 181 ekipaj start xəttinə çıxıb.

Əvvəlcə, iştirakçılar 6000 metrlik məsafəni qət ediblər. Bu zaman yüngül və mütləq çəkili qayıqların bölgüsü aparılmayıb. Onlar eyni vaxtda yürüşə qatılıblar. Ertəsi gün 1000 metrlik məsafəyə yürüş olub. Məhz həmin mübarizə zamanı qayıqlar protokol üzrə bölünüblər.
İdmançılarımızın çıxış etdikləri yüngül çəkili qayıqlar üzrə nəticələri:

Məsafə: 6000 metr

7. Cavid Əfəndiyev – 20:09:39 (20 dəqiqə 9 saniyə 390 mikrosaniyə)
14. Toğrul Qurbanzadə - 20:47:36
15. Aleksandr Jdanov - 20:50:71

Məsafə: 1000 metr

5. Cavid Əfəndiyev - 3:21:31 (3 dəqiqə 21 saniyə 310 mikrosaniyə)
9. Toğrul Qurbanzadə - 3:24:25
15. Aleksandr Jdanov - 3:30:41

Daha 3 avarçəkənimiz - Mirzağa Eyvazov, Kamran Yusubov və Turqay Məmmədov həm 6000 metr, həm də 3000 metr məsafələrə yürüşdə zəif nəticələr göstəriblər.

Qeyd edək ki, olimpiya standartlarına uyğun olaraq, akademik avarçəkənlər 2000 metr məsafəni qət etməlidirlər. Lakin “Don reqatası”nda təşkilatçılar nədənsə, fərqli məsafələrə yarışlara üstünlük veriblər.
0