Özbəkistanda daha bir medal
17.04.2009 - 10:51
Özbəkistanda daha bir medal
Azərbaycan güləş yığması Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Qızıl Qran-Pri” turnirində növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə yunan-Roma növündə mübarizə aparan Sakit Cəlilov (60 kq) fəxri kürsüyə yüksəlib. O, bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medala sahib çıxıb.

Bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxacaqlar.
Qeyd edək ki, yarışda öncə daha 2 pəhləvanımız fərqlənib. Emin Əhmədov (66 kq) gümüş, Qadir Süleymanov (55 kq) isə bürünc medal əldə edib.
0