Bakıda ən güclü bacılar
19.04.2009 - 17:37
Bakıda ən güclü bacılar
Gənc oğlan və qızlar arasında qılıncoynatma üzrə Bakı birinciliyi başa çatıb. Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, bu gün sablya növündə qaliblər müəyyənləşib.

Oğlanların mübarizəsində Azər Tağıyev çempion olub. Yusif Budaqov ikinci, Vüqar Ağakişiyev, üçüncü yeri tutub.

Qızların yarışında isə qalib adını Sevil Bünyatova qazanıb. O, finalda bacısı Sevinc Bünyatovanı məğlub edib. Aysel Mirzəyeva və Yekaterina İvanova isə bürünc medalla kifayətlənib.
0