Boksçularımız Türkiyədən 2 medal gətirdilər
20.04.2009 - 10:37
Boksçularımız Türkiyədən 2 medal gətirdilər
Azərbaycan boks yığması Türkiyənin İstanbul şəhərində keçirilən XXIV “Ahmet Cömərt” beynəlxalq turnirində 2 medal qazanıb. Apasport.az saytının məlumatına görə, yarışa 6 kişi və 1 qadın idmançı ilə qatılan milli komandamızdan ən yaxşı nəticəni İsmət Eynullayev göstərib. 60 kq çəki dərəcəsində çıxış edən boksçumuz yalnız finalda məğlubiyyətlə üzləşib. Eynullayev həlledici qarşılaşmada kubalı İdil Lealla bacarmayıb və gümüş medala sahib çıxıb.

Digər boksçumuz Ramal Amanov (64 kq) da fəxri kürsüyə yüksəlib. O, yarımfinalda uduzduğundan, 3-cü pilləni tutub.
0