Olimpiya mükafatçımız 1 xalın güdazına getdi
20.04.2009 - 11:45
Olimpiya mükafatçımız 1 xalın güdazına getdi
Azərbaycanın ən titulu güllə atıcısı İradə Aşumova Çinin paytaxtı Pekində keçirilən Dünya Kubokunda bəxtsizliklə üzləşib. Apasport.az saytının məlumatına görə, Afina Olimpiadasının bürünc mükafatçısı 25 metr məsafədən kiçikçaplı tapança ilə atəş açmada təsnifat mərhələsini adlaya bilməyib.

İlk “səkkizliy”ə düşmək üçün onun cəmi 1 xalı çatmayıb. Ümumilikdə, 579 xal (96+96+96+97+95+99) toplayan xanım idmançımız 10-cu yerlə kifayətlənib.

Aşumovanın oğlu Ruslan Lunyov isə zəif nəticə göstərib. 21 yaşlı güllə atıcımız 50 metrlikdən kiçikçaplı tapança ilə atəş açmada 546 xalla 23-cü sıranı tutub. O, pnevmatik tapança ilə daha pis çıxış edib. 10 metrlik məsafədən atəş açan Ruslan 600 mümkün xaldan 562-ni (91+93+94+95+96+93) toplayıb və 59 iştirakçı arasında 41-ci pillədə qərarlaşıb.

Sabah Aşumova 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açacaq.
0