Rusiya və Almaniya gümüşü
20.04.2009 - 12:51
Rusiya və Almaniya gümüşü
12 yaşlı gimnastımız Yekaterina Prokopenko Həştərxanda təşkil olunmuş beynəlxalq turnirdə uğurla çıxış edib. Apasport.az saytının məlumatına görə, yeniyetmə idmançımız öz yaş qrupunda şəxsi birincilikdə ikinci yeri tutub. Fəxri kürsüyə onunla birgə Rusiya gimnastları da qalxıblar. Yarışda cəmi 30 idmançı mübarizə aparıb.

Azərbaycan akrobatları isə Almaniyada keçirilmiş beynəlxalq turnirdə medal qazanıblar. Ayla Əhmədova – Dilarə Sultanova cütlüyünün balans hərəkətlərində nəticələri ikinci, temp hərəkətləri birinci olub.

Finala çıxan cütlüyümüz qarışıq kombinasiya nümayiş etdirərək, 84.58 bal toplayıb və Belarus idmançılarından sonra ikinci olub. 3-cü yerə isə Almaniya təmsilçiləri sahib çıxıb.
0