13 ölkənin pəhləvanları Bakıya gələcək
20.04.2009 - 15:04
13 ölkənin pəhləvanları Bakıya gələcək
Aprelin 25-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında “AGF kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yarışda 13 ölkənin 200-dən artıq idmançısı qüvvəsini sınayacaq. Beynəlxalq turnir aprelin 28-dək davam edəcək.

“AGF kuboku” beynəlxalq turnirinin proqramı:

25 aprel
(yunan-Roma güləşi, yeniyetmələr: 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq)
10:00 – 14:00 ilkin görüşlər
17:00 – 17:30 açılış mərasimi
17:30 – 20:00 təsəlliverici və final görüşləri

26 aprel (yunan-Roma güləşi, gənclər: 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq)
10:00 – 14:00 ilkin görüşlər
17:00 – 20:00 təsəlliverici və final görüşləri

27 aprel (sərbəst güləş, yeniyetmələr: 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq)
10:00 – 14:00 ilkin görüşlər
17:00 – 20:00 təsəlliverici və final görüşləri

28 aprel (sərbəst güləş, gənclər: 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq)
10:00 – 14:00 ilkin görüşlər
17:00 – 20:00 təsəlliverici və final görüşləri
0