Yığmanın qapıçısı ad günündə öldürüldü
20.04.2009 - 15:40
Yığmanın qapıçısı ad günündə öldürüldü
Bolqarıstan hokkey yığmasının qapıçısı Kiril Vajarov qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı oyunçu paytaxt Sofiyanın gecə klublarının birində öldürülüb. Kiril orada dostu ilə birgə ad gününü qeyd edirmiş. Sonda onun dostu da eyni aqibətlə üzləşib.

Qeyd edək ki, Vajarov “Slaviya” klubunun heyətində üç dəfə Bolqarıstan çempionu olub.
0