Dünya Kubokuna kimlər gedir?
22.04.2009 - 11:11
Dünya Kubokuna kimlər gedir?
Azərbaycan samboçuları növbəti yarışa hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz aprelin 25-də Moskvada keçiriləcək Dünya Kubokunda mübarizə aparacaqlar. Xarlampiyevin xatirəsinə həsr olunan yarışda ölkəmizi 5 samboçu təmsil edəcək. Belə ki, milli komandanın məşqçilər korpusu Rusiya paytaxtında Cavidan Qarayev (57 kq), Mobil Hüseynov (68 kq), Araz Muxtarov (74 kq), Zaur Paşayev (82 kq) və Bəxtiyar Abbasova (90 kq) şans verəcək.
0