Milli komandamızın kapitanı “Araz”ın baş məşqçisi oldu
22.04.2009 - 15:40
Milli komandamızın kapitanı “Araz”ın baş məşqçisi oldu
Naxçıvanın “Araz” basketbol klubunun baş məşqçisi Oqtay Ağayev tutduğu vəzifədən azad olunub. Apasport.az saytının məlumatına görə, istefanın səbəbi açıqlanmasa da, bunun Azərbaycan çempionatının final mərhələsində “Qala” komandasına 68:77 hesablı məğlubiyyətlə bağlı olduğu güman edilir. İlk matçda uduzan “Araz” çempion olmaq şansını minimuma endirib.

Artıq Oqtay Ağayevin xələfi də müəyyənləşib. Komanda Azərbaycan yığmasının kapitanı Tahir Baxşıyevə tapşırılıb. Yeni vəzifəyə təyin olunan Tahir “Araz”ın basketbolçularını ikinci oyuna hazırlaşdırır. “Araz” və “Qala” arasında ikinci matçın aprelin 24-də keçirilməsi nəzərdə tutulsa da, qarşılaşma mayın 1-nə təxirə salınıb.

Mənbə: extratime.az
0