Rəqibini təpikləyən futbolçu: ...Özümə başqa sənət tapacağam - FOTO
23.04.2009 - 13:34
Rəqibini təpikləyən futbolçu: ...Özümə başqa sənət tapacağam - FOTO
“Epizodun videoyazısını izlədim və özümü tanıya bilmədim. Bir anlıq əsəblərini cilovlaya bilməmişdim, çılğınlaşmışdım. Əslində, mən belə insan deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real” klubunun müdafiəçisi Pepe deyib.

26 yaşlı futbolçu İspaniya çempionatının son turunda “Xetafe” ilə görüşün 87-ci dəqiqəsində rəqib komandanın kapitanı Xavyer Kaskueronun kürək nahiyəsinə bilərəkdən iki qüvvətli təpik vurub. Bu hərəkətinə görə dərhal meydandan qovulan portuqaliyalı indi çətin durumdadır: “Futbola yenidən dönməyi arzulamıram. Hazırda yaşadıqlarım mənim üçün ən böyük cəzadır. Əgər qovulsam, bir daha futbola qayıda bilməsəm, özümə başqa sənət tapacağam”.

Pepenin İspaniya Futbol Federasiyası tərəfindən 6 oyunluq diskvalifikasiya ediləcəyi gözlənilir. Eyni zamanda, “Real” rəhbərliyinin də futbolçunu cəzalandıracağı, hətta onunla müqaviləni ləğv edəcəyi gözlənilir.

Qeyd edək ki, Pepe Kaskueronu təpikləsə də, Madrid komandası böyük çətinliklə “Xetafe”ni məğlub etməyi (3:2) bacarıb.
0