Planetin ən məşhur idmançısı sevgilisini dəyişdi - FOTO
23.04.2009 - 15:55
Planetin ən məşhur idmançısı sevgilisini dəyişdi - FOTO
Dünyanın ən məşhur idmançılarından sayılan Maykl Felps aşiq olub. Apasport.az saytının məlumatına görə, 14 dəfə olimpiya çempionu olmuş ABŞ üzgüçüsü Kaliforniya gözəli Kari Pricinə vurulub. Son vaxtlar cütlük beysbol stadionlarında və restoranlarda peyda olmağa başlayıb.

24 yaşlı sarışın Kari təkcə Kaliforniyanın deyil, bütün ölkənin ən gözəli seçilmək şansına malik imiş. Lakin buna onun fikirləri maneçilik törədib. Belə ki, münsiflər heyətində yer alan homoseksuallardan biri Pricindən eyni cinsdən olan insanların evliliyinə münasibətini soruşub. Təbiətcə mühafizəkar olan kaliforniyalı xanım bu yeniliyin əleyhinə olduğunu deməklə, birinci yeri tutmaq şansını heçə endirib. Nəticədə Kari ABŞ gözəli müsabiqəsində vitse-çempion olub.

Qeyd edək ki, Maykl Felps özü üçün fantastik uğurla nəticələnən Pekin Olimpiadası zamanı avstraliyalı həmkarı Stefani Raysla sevgi macərası yaşayırdı.
0