Hər iki cüdoçumuz Avropa çempionatında əliboş qaldı
24.04.2009 - 12:58
Hər iki cüdoçumuz Avropa çempionatında əliboş qaldı
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışa 6 kişi və 1 qadın idmançı ilə qatılıb. Çempionatın ilk günündə həmyerlilərimizdən ikisi - Samir Dadaşzadə və Ramil Qasımov mübarizə aparıb.



60 kq
Qitə birinciliyndə debüt Samir Dadaşzadə üçün uğursuz alınıb. Gənc cüdoçu Damyen Bomboirlə (Belçika) bacarmayıb. Yeni qaydalara əsasən, 1/4 finaldan tez uduzduğu üçün Samir rəqibinin növbəti çıxışlarından asılı olmayaraq, çempionatla erkən vidalaşıb.

66 kq
Pekin Olimpiadasının iştirakçısı Ramil Qasımov da ilk görüşdə uğursuzluğa düçar olub. O, 1/8 finalda italiyalı Françesko Faraldoya ilə qarşılaşmada yuka fəndinə düşərək, uduzub. Buna görə də Ramil təsəlliverici mərhələyə qatılmaq hüququndan da məhrum olunub.

Beləliklə, ilk gündə heç bir təmsilçimiz medal qazana bilməyib. Sabah Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq) və Ramilə Usubova (63 kq), aprelin 26-da isə Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) tatami üzərinə çıxacaq.
0