Koulun xanımı dünyanın ən seksual qadını seçildi - FOTO
25.04.2009 - 11:38
Koulun xanımı dünyanın ən seksual qadını seçildi - FOTO
İngiltərə milli komandasının futbolçusu Eşli Koul bütün həmkarlarını arxada qoyub. Apasport.az saytının məlumatına görə, “Çelsi” klubunun müdafiəçisi həyat yoldaşının gözəlliyi ilə öyünə bilər.

Belə ki, məşhur FHM jurnalı məhz Eşlinin xanımının 2009-cu ildə dünyanın ən seksual qadını olduğunu müəyyənləşdirib. 26 yaşlı Çeril Ann Koul jurnalın təşkil etdiyi ziyafətdə müsabiqənin qalibi elan olunub. Səsvermə nəticəsində “Tweedy” ləqəbli gözəlçə Freyda Pinto, Anna Friel, Kristin Kreuk, Elisa Kutbert, Adrina Lima, Kelli Hazeli, Britni Spirs, Cesika Alba və Meqan Fox kimi seksual qadınları qabaqlayıb.

Qeyd edək ki, xanım Koul məşhur “Girls Aloud” qrupunun üzvü olmaqla yanaşı, 2008-ci ildə İngiltərə “X-FActor” yarışmasının münsiflər heyətində də yer alıb.
0