Ferdinand bəxtindən gileylənən modelə sahib çıxdı FOTOSESSİYA
27.04.2009 - 14:13
Ferdinand bəxtindən gileylənən modelə sahib çıxdı FOTOSESSİYA
İngiltərə milli komandasının və “Mançester Yunayted” klubunun futbolçusu Rio Ferdinand yeni müqaviləyə imza atıb. Apasport.az saytının məlumatına görə, bu razılaşma futbola yox, idmandan kənar sahəyə aiddir.

Belə ki, bu günlərdə “Rio #5” İnternet jurnalı oxucuların ixtiyarına verilib. Ferdinand isə bu jurnala şəkillər çəkdirmək üçün maneken Frankos Bufalla anlaşıb.

Bufalı heç də bəxti gətirən model saymaq olmaz. O, üz quruluşunun yumru olmasına görə demək olar, indiyədək ürəyi istədiyi işi tapa bilməyib. Bu səbəbdən 28 yaşlı gözəlçə qadın alt paltarlarının reklamı ilə məşğuldur.

Lakin Ferdinand Frankosla əməkdaşlığın uğurlu alınacağını inanır. “Rio #5” jurnalında moda, musiqi və idmana dair xəbərlər, məqalələr oxumaq mümkündür.
0