Karate məşqçisinə 30 il həbs cəzası
29.04.2009 - 12:56
Karate məşqçisinə 30 il həbs cəzası
Çernoqoriya məhkəməsi karate məşqçisi Damir Mandiç barədə ağır hökm çıxarıb. Apasport.az saytının məlumatına görə, məşqçi 30 il müddətinə azadlıqdan məhrum olunub.

Belə ki, məhkəmə Mandiçi “Dan” qəzetinin redaktoru Dusko Yovanoviçi qətlə yetirməkdə günahlandırır. Müxalifətçi jurnalist kimi tanınmış Yovanoviç 2004-cü ilin mayında öldürülüb. Qətldən az sonra Mandiç şübhəli şəxs qismində saxlanılıb. Lakin karate müəllimi iki il sonra bəraət alaraq, azadlığa çıxıb.

Daha sonra ölüm faktı üzrə istintaq davam etdirilib və gözlənilmədən Mandiç yenidən həbs olunub. Bu dəfə məhkəmə onun 30 il “dəmir barmaqlıqlar” arxasında yatması haqda qərar verib.
0