Andrey Arşavinin Londondakı villası - FOTOSESSİYA
29.04.2009 - 23:15
Andrey Arşavinin Londondakı villası - FOTOSESSİYA
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibi Rusiya yığmasının futbolçusu Andrey Arşavinin Böyük Britaniyada villası var. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu ailəsi ilə Londonda yerləşən malikanədə yaşayır. Bu ilin qışında Andrey “Arsenal” klubuna transfer olduqdan sonra həyat yoldaşı Yuliya, oğlu Artyom və qızı Yana ilə birgə İngiltərə paytaxtına köçüb.

Lakin “Dumanlı Albion”dakı həyat Arşavinlər ailəsi üçün heç də yaxşı başlamayıb. Buna Yuliyanın London və bu şəhərin sakinləri haqda sözləri səbəb olub. Belə ki, Arşavinin xanımı Londonu çirkli şəhər, əhalini isə soyuqqanlı hesab edirdi. O, İngiltərə mətbəxini tənqid etmişdi. “İngiltərədənsə İspaniyaya getsəydik, daha yaxşı olardı” - deyə Yuliya bildirmişdi.

Bu sözlərin ardından Britaniya mətbuatı Yuliyanı kəskin tənqid atəşinə tutmuşdu. Tənqid seriyasından olan yazılara tab gətirməyən Arvaşinin ömür-gün yoldaşı bir neçə gündən sonra sözlərini təkzib etmişdi. Bununla belə, şəkildən də göründüyü kimi, futbolçunun ailəsi Londonda özünü heç də pis hiss etmir.
0