Ən yaxşı bombardir haradadır?
01.05.2009 - 12:23
Ən yaxşı bombardir haradadır?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilin ilk dörd ayı ərzində keçirilən beynəlxalq oyunlarda ən azı 4 top vuran oyunçuların cədvəlində 60 futbolçu daxil olub.

Milli komandanın heyətində və qitə klub turnirlərində vurulan qolların nəzərə alındığı hesablamalara əsasən, uqandalı Brayan Omoni birinci pillədə qərarlaşıb. “Kampala Siti Konsil”in hücumçusu yığmada 6, klubda üç qol vurub.

Avropada çıxış edən futbolçular arasında ən yaxşı nəticəyə malik Didye Droqba 7 topla dördüncüdür. O Kot dİvuar yığmasında 3, “Çelsi”də 4 dəfə fərqlənib. Ən yaxşı avropalı olan Frank Riberi isə 5 qolla 18-ci yerdədir. Fransa yığmasının 2 qolunun müəllifi “Bavariya”da 3 top vurub.

Azərbaycan yığmasının rəqibləri olan ötən ilki Avropa çempionatının mükafatçıları –İspaniya, Türkiyə, Rusiya və Almaniya yığmalarının oyunçuları İFFHS-ın siyahısına düşə bilməyib.

Qeyd edək ki, 2009-cu ildə beynəlxalq arenada vurulan qollara görə, Azərbaycanın ən məhsuldar futbolçuları Fabio Luis Ramim və Vaqif Cavadovun hərəsinin hesabında bir top var.
0