“Kəpəz” çempion olmaq istəyir - FOTO
01.05.2009 - 16:02
“Kəpəz” çempion olmaq istəyir - FOTO
Gəncədə yeniyetmələr arasında futbol turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Gəncə Regional Futbol Federasiyası mərhum prezident Heydər Əliyevin 86-cı ildönümü münasibətilə yeniyetmələr arasında yarış təşkil edəcək. 1994-95-ci il təvəllüdlü futbolçuların qüvvəsini sınayacağı turnirdə 13 komanda mübarizə aparacaq. Meydan sahibləri 9 yerli komandaya azarkeşlik edə biləcək.

Belə ki, şəhəri – 9 komanda “Gəncə”, “Qarabağ”, “Təhsil”, “Qoşqar”, “Çinar”, “Azəri”, “Viator”, “Lokomotiv” və “Kəpəz” təmsil edəcək. Gəncəlilərlə yanaşı, Goranboy, Daşkəsən və, Göygöl də yarışda təmsil olunur. Oyunları müxtəlif stadionlarda baş tutan turnirin final qarşılaşması mayın 28-də - Respublika günündə keçiriləcək. Yarışın qalibləri Gəncə Regional Futbol Federasiyası tərəfindən medallar, diplomlar və qiymətli hədiyyələrlə təltif olunacaq.
0