Şahin Diniyevin komandası yenə qələbə qazana bilmədi
02.05.2009 - 09:58
Şahin Diniyevin komandası yenə qələbə qazana bilmədi
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin komandası Rusiya çempionatında növbəti dəfə heç-heçə oynayıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssisin çalışdırdığı “Terek”in (Qroznı) əvəzedicilərdən ibarət kollektivi səfərdə “Tom”la “sülh” bağlayıb - 0:0.

Bununla da, “Terek”in qələbəsiz oyunlar seriyası 5-ə çatıb. Axırıncı dəfə martın 20-də “Moskva” üzərində 1:0 hesablı qələbə qazanmış qroznılılar o vaxtdan bəri keçirdikləri 5 görüşün 2-də heç-heçə edib, 3-də isə uduzub.

Yeddi turdan sonra hesabında 8 xal olan “Terek” növbəti oyununu evdə keçirəcək. Diniyevin yetirmələri mayın 9-da Permin “Amkar” klubunu sınağa çəkəcəklər.
0