Oğlunu sevgilisi ilə görüşdürən çempiona 14 illik həbs cəzası
02.05.2009 - 13:12
Oğlunu sevgilisi ilə görüşdürən çempiona 14 illik həbs cəzası
Kanadanın “Monreal” hokkey klubunun əfsanəvi hücumçusu Qi Lefleri 14 illik həbs cəzası gözləyir. Apasport.az saytının məlumatına görə, buna səbəb onun öz oğlu Markın sevdiyi qızla görüşməsinə kömək etməsidir.

Məsələ burasındadır ki, Mark bir neçə cinayətdə günahlandırılsa da, Lefler məhkəmənin göstərişini pozaraq, onun komendant saatında rəfiqəsi ilə görüşməsinə imkan yaradıb. Qinin oğluna evi tərk etmək qadağan olunubmuş. Lakin hokkeyçi Markın sevgilisi ilə oteldə görüşünü təşkil edib.

İndi Milli Hokkey Liqasının sabiq ulduzunu həyatının 14 ilini həbsxanada keçirmək təhlükəsi gözləyir. Düzdür, Qinin vəkili cəzadan cərimə ödəməklə yaxa qurtaracaqlarına inanır.

Qeyd edək ki, “Monreal”ın heyətində Stenli Kubokunun beş qat qalibi olan Leflerin məhkəməsi iyunun 8-də keçiriləcək.
0