“Barselona”nın fantastik qələbəsinə soyunanlar - FOTO
04.05.2009 - 13:20
“Barselona”nın fantastik qələbəsinə soyunanlar - FOTO
İspaniya çempionatının XXXIV turunda Madriddəki möhtəşəm “Santyaqo Bernabeu” stadionunda “Real”ı darmadağın edən “Barselona” klubunun sərgilədiyi oyun azarkeşlərinin ağlını başından çıxarıb. Apasport.az saytının məlumatına görə, 6:2 hesabı ilə nəticələnən matç sona çatınca, kataloniyalı futbolsevərlər Barselonanın küçələrinə çıxıblar.

“Las Rambles” meydanına toplaşan 5 mindən artıq fanat qələbəni həddindən artıq çılğınlıqla bayram ediblər. Tarixində ilk dəfə “Santyaqo Bernabeu”da 6 qol vuran komandalarının bu fantastik uğurunu dəlicəsinə qeyd edən kataloniyalı xanımlar isə soyunmağa üstünlük veriblər. Azarkeşlər bu bayram şənliyinə ad da tapıb: “Qollar, rəqibin alçaldılması və çempionluq festivalı”.

Azarkeşlər bu qələbənin 25 il əvvəl qazanılan uğuru da kölgədə qoyduğu haqda şüarlar səsləndirib. 1974-cü ilin fevralında Yohan Kroyffun arxasınca daşıdığı “Barselona” Madridi 5:0 hesablı qələbə ilə tərk etmişdi.
0