Azərbaycan çempionuna 5 min dollar və xüsusi kubok
04.05.2009 - 23:16
Azərbaycan çempionuna 5 min dollar və xüsusi kubok
Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubu Azərbaycan çempionatının qızıl medallarını qazanıb. Apasport.az saytının şimal bürosunun verdiyi məlumata görə, paytaxt voleybolçuları Quba Olimpiya Kompleksində keçirilən görüşdə “Lokomotiv”i məğlub ediblər.

Həlledici qarşılaşmada 3:0 hesabı ilə qalib gələn “Rabitə” çempion tituluna yiyələnib. Üçüncü yeri “İqtisadçı” komandası tutub. “İqtisadçılar” bürünc medal uğrunda oyunda “Nəqliyyat”ı üstələyiblər.

İlk “üçlük”də qərarlaşan kollektivlərə Avropada hazırlanmış xüsusi kubok və medallar verilib. Bundan başqa, çempion “Rabitə”yə 5 min, “Lokomotiv”ə 4 min, “İqtisadçı”ya isə 3 min dollar pul mükafatı təqdim olunub.
0