AFFA-dan daha bir müasir stadion – FOTO
06.05.2009 - 11:16
AFFA-dan daha bir müasir stadion – FOTO
Azərbaycan milli komandasının bazası olacaq stadionun layihəsi hazırlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya bu arenanı Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində inşa etdirəcək. Müasir standartlara cavab verəcək stadion 5500 tamaşaçı tutumuna malik olacaq.

Bu, AFFA-nın 17 illik tarixi ərzində inşa etdirdiyi ikinci stadion olacaq. İlk belə arena 2001-ci ildə açılışı olan “Şəfa” stadionudur ki, o da hazırda Bakının “İnter” klubuna uzun müddətli icarəyə verilib.
0