Çempionlar Liqasında qalmaqal: Droqba hirsini hakimdən çıxdı - VİDEO
07.05.2009 - 11:49
Çempionlar Liqasında qalmaqal: Droqba hirsini hakimdən çıxdı - VİDEO
Londonun “Çelsi” klubunun hücumçusu Didye Droqba “Barselona” ilə Çempionlar Liqasının cavab yarımfinal görüşünün ardından qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, oyun zamanı əvəzləndiyindən və üstəlik finala çıxa bilmədiklərindən 31 yaşlı afrikalı futbolçu görüş qurtardıqdan sonra coşub.

“Çelsi”nin oyunçuları final fiti səslənən kimi, qarşılaşmanın norveçli baş hakimi Tom-Henninq Evrebeni əhatəyə alaraq, uzun müddət meydanın mərkəzində mübahisə ediblər. Droqba isə ümumiyyətlə, Evrebeni meydanı tərk etməyə, soyunub-geyinmə otağına getməyə qoymurmuş. Nəticədə hakim ona sarı vərəqə göstərib.

Bundan sonra isə Didye hirsini operatorun üstünə töküb. Ona “Nə çəkirsən, axı nə çəkirsən? Oyun bitdi!” deyən Droqba birbaşa efirdə hakimin ünvanına çox nalayiq sözlər işlədib.

Qeyd edək ki, Londondakı oyun 1:1 hesabı ilə nəticələnib və “Barselona” səfərdə vurulan qol hesabına finala çıxıb.
0