Federasiya prezidentinin oğlu nəşədən öldü
07.05.2009 - 12:06
Federasiya prezidentinin oğlu nəşədən öldü
Beynəlxalq Avtomobil İdmanı Federasiyasının prezidenti Maks Moslinin oğlu narkoman imiş. Apasport.az saytının məlumatına görə, Moslinin 39 yaşlı oğlu Aleksandr bu səbəbdən dünyasını dəyişib.

Onun meyiti Londondakı evində aşkarlanıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən alınan məlumata görə, ölüm narkotiki həddən artıq çox qəbul nəticəsində baş verib. Federasiya bununla bağlı rəsmi açıqlamasında prezidentə oğlunun vəfatı ilə əlaqədar başsağlığı verib: “İndi bütün fikirlərimiz Moslinin ailəsi və yaxınlarının yanındadır. Ümid edirik ki, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri belə çətin vaxtda Moslinin ailəsinin şəxsi həyatına qarşı hörmətlə yanaşacaqlar”.
0