Didye Droqba üzr istədi - VİDEO
08.05.2009 - 11:44
Didye Droqba üzr istədi - VİDEO
“Çelsi” - “Barselona” oyununun bir çox epizodlarında yaşananlar məni çox məyus etmişdi. Lakin televizorda baş verənləri izlədikdə haqsız olduğumu başa düşdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Çelsi” klubunun futbolçusu Didye Droqba deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra hakimdən narazılığını kobud şəkildə büruzə verən kot d’ivuarlı hücumçu hərəkətlərinə görə peşman olub: “Hadisələrə həddən artıq sərt reaksiya verdim. Etiraf edim ki, yolverilməz ifadələr işlətdim. Bu hərəkətlə gənc nəslə, xüsusilə də uşaqlara layiqli nümunə göstərmədim. Təəssüflənirəm ki, əsəb gərginliyində öz hisslərimi bu tərzdə ifadə etdim. Elə məhz bu səbəbdən üzr istəyirəm”.

Qeyd edək ki, Droqba matç bitdikdən sonra hakimin ünvanına təhqiramiz sözlər işlətməklə yanaşı, üzünü kameraya tutub efirə söyüş yağdırmışdı.
0