Corceviç Azərbaycana qarşı
09.05.2009 - 13:34
Corceviç Azərbaycana qarşı
Bu gün Almaniyanın Münhen şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə “DRV - International Junior Regatta” adlı beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycan idmançıları da çıxış edəcəklər. Milli komandamızın baş məşqçisi Rudiger Hauffe turnirdə Teymur Kutseba və Aleksandr Qlotovun xidmətindən yararlanacaq. Kutseba – Qlotov dueti 2 nəfərlik təkavarlı qayıqda mübarizə aparacaqlar.

Artıq yarışın püşkü atılıb. Avarçəkənlərimiz bu gün Bakı vaxtı ilə saat 14:30-da mübarizəyə qoşulacaqlar. Onların rəqibləri İqor Luçiç – Luka Corceviç (Serbiya), Yonas Ortmüller - Yulian Petri (Almaniya) və Emanuel Marini - Nikkolo Soldati (İsveçrə) olacaq.

Sabah isə Bakı vaxtı ilə saat 16:45-də avarçəkənlərimiz növbəti dəfə start xəttinə çıxacaqlar. Bu dəfə rəqib qismində Jilbert Klinger - Philip Hagenau (Almaniya), Foşi Benjamin - Muano Matiö (Fransa), İqor Luçiç – Luka Corceviç (Serbiya) və Emanuel Marini - Nikkolo Soldati (İsveçrə) çıxış edəcəklər.
Yarış iştirakçıları 2000 metrlik məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar.

Mənbə: amaf.az
0