Olimpiya çempionu yenə itdi
22.05.2009 - 14:19
Olimpiya çempionu yenə itdi
ABŞ-ın olimpiya çempionu Robert Yucin Cincerard itkin düşüb. Apasport.az saytının məlumatına görə, 75 yaşlı amerikalı veteran basketbolçu mayın 18-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Cincerard əvvəllər bir neçə dəfə itsə də, onu tapmaq mümkün olub. Artıq axtarışa başlayan Kaliforniya ştatının San-Karlos şəhərinin polisi keçmiş idmançı ilə bağlı informasiya yayıb. Xəstəlikdən əziyyət çəkən olimpiya çempionunun digər şəhərə yollandığı ehtimal olunur.

Qeyd edək ki, Cincerard 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilmiş olimpiadada qızıl medal qazanıb. O, həmin vaxt ABŞ yığmasının heyətində ən məhsuldar oyunçulardan biri olub. Robert SSRİ yığmasını 89:55 hesabı ilə məğlub etdikləri final görüşündə 16 xal toplayıb.
0