Hadisənin həmyerlisi Azərbaycan yığmasına qarşı oynaya bilər
22.05.2009 - 15:48
Hadisənin həmyerlisi Azərbaycan yığmasına qarşı oynaya bilər
İyunun 2-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyə yığmasının heyətində yeni futbolçu görünə bilər. Apasport.az saytının məlumatına görə, Belçikanın “Standard” klubunun şərəfin qoruyan Sinan Bolat “ay-ulduzlular”ın şərəfini qorumağa razılıq verib.

21 yaşlı qapıçı Türkiyənin məşhur müğənnisi Hadisə Açıkgöz kimi, Belçikada doğulub, boya-başa çatıb. Sinan da vətənpərvərlikdə Hadisədən geri qalmadığını göstərib.

Belə ki, Belçika tərəfi istedadlı qapıçını öz tərəflərinə çəkmək istəsə də, onların “elçiliyi” uğursuz olub. Milli komandanın baş məşqçisi Fatih Terim ikili vətəndaşlığı olan Sinanı “ay-ulduzlu” formada oynamağa razı salıb.

Qapıçının iyunun 2-də yığmamızla Kayseridə keçiriləcək yoldaşlıq görüşünə çağırılacağı gözlənilir.
0